“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər / 06.12.2018 / 10:06

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Füzuli rayonu Horadiz şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon polis Şöbəsinin əməkdaşı Zakir Məhəmmədov, Horadiz şəhər 3 saylı tam orta məktəbin direktor müavini Kənan Quliyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev  bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniya və zərərli vərdişlərin törətdiyi fəsadlara qarşı mübarizənin yollarından bəhs edib. Qabil Əliyev qeyd edib ki, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda məruzə edib. O bildirib ki, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində görülən işlər qanunvericiliyə uyğun şəkildə icra olunur. Bu baxımdan Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Mövzu ilə bağlı Füzuli rayon polis Şöbəsinin əməkdaşı Zakir Məhəmmədov və  Füzuli rayonu Horadiz şəhər 3 saylı tam orta məktəbin direktor müavini Kənan Quliyev çıxış edərək gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğulyıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Səyavuş Heydərov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir"

Xəbərlər
06.12.2018 / 10:27
Ətraflı oxu

Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
06.12.2018 / 16:44
Ətraflı oxu

“Azərbaycan multikulturalizmi dünyanın gözü ilə” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:35
Ətraflı oxu