Qusarda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər / 06.12.2018 / 14:50

Dekabrın 6-da Qusar Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb.

Tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verən RİH-in nümayəndəsi Telman Kazımov maarifləndirmə tədbirlərinin keçirilməsini yüksək qiymətləndirib.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışıb. Bildirib ki, dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılması, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.

Respublikamızda dini radikalizmə qarşı aparılan tədbirlərdən də söhbət açan sədr müavini dini maarifləndirmə metodunun səmərəliliyinə diqqət çəkib. Vurğulayıb ki, mütərəqqi din elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi yaranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyri-insani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə bilər. Cəmiyyətin dinlərə münasibətinin formalaşmasında təbliğatın çox böyük rolu olduğunu söyləyən G.İsmayılov din adından danışan “dinpərəstlərin” insanlar arasında ayrı-seçkilik salmasının, onları qruplaşdırmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzən insanların nəinki başqa dinlərdən, hətta, öz etiqadının mahiyyətindən xəbəri olmur. Belə bir vəziyyətdə maraqlı və məkrli qüvvələrin dindən öz məqsədlərinə uyğun sui-istifadə etməsi hallarına rast gəlinir.  Dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunan sədr müavini bunun din adından danışanların təsir dairəsinin zəifləməsinə, onların zərərsiz və əhəmiyyətsiz qüvvəyə çevrilməsinə səbəb olduğunu deyib.

Daha sonra çıxış edən Qusar rayon Təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev dini radikalizmi yaradan dini, ictimai və psixoloji səbəblər və onun fəsadları barədə danışıb. Vicdan azadlığı pərdəsi altında qeyri-insani ideyaların yayılmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkib.

Müzakirələrlə davam edən seminar-treninq dekabrın 7-də öz işini davam etdirəcək.


Son baxılan xəbərlər

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilir

Press-relizlər
06.12.2018 / 17:37
Ətraflı oxu

Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
10.10.2018 / 15:25
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində ...

Xəbərlər
13.09.2018 / 17:47
Ətraflı oxu

“Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib

Press-relizlər
17.10.2018 / 17:37
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu