Dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər / 05.12.2018 / 12:39

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 18 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Respublikamızda mövcud olan dövlət-din münasibətlərindən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi dinə, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. Diqqətə çatdırıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsi sədrinin birinci müavini onlara daha aktiv olmalarını, ümummilli maraqlardan çıxış etməyi tövsiyə edib. S.Salahlı eyni zamanda, dini icma sədrlərinin məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin vacilbliyini qeyd edib.

Daha sonra qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Şamaxı rayonu Sabir qəsəbə məscidi dini icmasının sədri Tofiq Nuriyev çıxış edərək dinə dövlət qayğısından danışıb. DQİDK-nın fəaliyyətində dini icmalarla sıx əməkdaşlığa xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirib.


 

 


Son baxılan xəbərlər

"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2018 / 16:50
Ətraflı oxu

Mübariz Qurbanlı: “İslamda dini bayraqlar yoxdur”

Açıqlama
04.12.2015 / 14:58
Ətraflı oxu

“Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
11.06.2019 / 16:50
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.05.2017 / 17:03
Ətraflı oxu

Goranboy rayonunda “Dünyəvi dövlətdə təhsil və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2019 / 10:21
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu