Aİİ-də “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi olub

Press-relizlər / 04.12.2018 / 14:56

Dekabrın 4-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin ilk nümayişi olub.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə  Aİİ-nin rektoru Ceyhun Məmmədov çıxış edib. Rektor bildirib ki, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir. O, Azərbaycanda Ümummilli Lider  Heydər  Əliyevin dövlət-din siyasətinin əsasını qoyduğunu, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkədə tolerant və multikultural dəyərlərin qorunmasının dövlət-din siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan rektor milli-mənəvi dəyərlərin zənginləşdirilməsinə, məscid, kilsə və sinaqoqların inşasına, təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrıldığını qeyd edib.

Tədbirin əhəmiyyətini vurğulayan İnstitut rəhbəri Azərbaycanda müxtəlif dinlərə məxsus insanların dinc şəraitdə yaşadıqlarını, sünni və şiə məzhəb nümayəndələrinin birlikdə Vəhdət namazı qıldıqlarını Azərbaycanın multikulturalizm modelinə nümunə kimi qiymətləndirib. Rektor qeyd edib ki, son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bir  neçə filmdən biri olan “Vəhdət qanımızdadır” dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, dövlət-din modeli ölkəmizin siyasətində əhəmiyyətli yerlərdən birini tutur. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən S.Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsidir. S. Heydərov İslam dininin sülh dini olduğunu qeyd edib. O vurğulayıb ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər.

“Gəncliyə Yardım” Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş DQİDK-nın sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin əhəmiyyətini qeyd etməklə yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkədə dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi  qiymətləndirmişlər.

Tədbirin sonunda Aİİ tələbələri Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edən “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi ilə bağlı fikirlərini bildiriblər.


Son baxılan xəbərlər

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının ...

Xəbərlər
01.05.2020 / 16:43
Ətraflı oxu

Qanunları pozan icmalar ləğv ediləcək

Açıqlama
09.06.2015 / 10:35
Ətraflı oxu

Samux şəhər 1saylı tam orta məktəbdə vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib

Press-relizlər
18.05.2018 / 11:47
Ətraflı oxu

Paytaxt məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
22.05.2019 / 16:43
Ətraflı oxu

Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib

Xəbərlər
04.09.2020 / 12:06
Ətraflı oxu