Göyçayda maarifləndirici tədbir keçirilib

Xəbərlər / 30.11.2018 / 15:04

Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin narkotik vasitələrdən və digər zərərli vərdişlərdən çəkindirilməsində dini icmaların və din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Göyçay şəhər 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi, “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, orta məktəbin direktoru Elşad Əliyev və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışılıb.Gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Biləsuvarda “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib

Press-relizlər
15.05.2019 / 17:08
Ətraflı oxu

Qubada Gəncə hadisələri ilə bağlı tədbir keçirilib

Press-relizlər
19.07.2018 / 16:29
Ətraflı oxu

Yardımlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
17.10.2018 / 16:50
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Xəbərlər
18.02.2020 / 17:32
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər: dünən, bu gün və sabah” adlı mövzuda maarifləndirici tədbir keçirilib

Press-relizlər
17.12.2019 / 15:20
Ətraflı oxu

Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
23.04.2018 / 14:45
Ətraflı oxu