Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər / 29.11.2018 / 16:33

Noyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin ilk nümayişi olub.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov filmin əhəmiyyətindən söz açıb. “Biz xarici ölkələrdə olanda və xarici nümayəndələr ölkəmizə gələndə Azərbaycanın multikulturalizm dəyərləri haqqında məlumatlar veririk. Həmin məlumatların ən mühümlərindən biri də Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə yaşamaları, xüsusilə sünni və şiələrin bir yerdə vəhdət namazı qılmalarıdır. Vəhdət namazının Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidində icra olunması xüsusi əlamətdir. Çünki Ulu Öndər Azərbaycanda multikulturalizmin siyasi əsaslarının banisidir. O, Azərbaycanda dövlət-din münasibətlərini və dinlərarası harmoniyanı ən yüksək səviyyəyə çatdıran tarixi şəxsiyyətdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə R.Həsənov bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, İslamda vəhdətə nail olmaq istiqamətində zaman-zaman müəyyən addımlar atılıb. İslamda vəhdət, ittihad kimi çağırışların olduğunu deyən Komitə sədri söyləyib ki, bu məsələ hələ də aktuallığını saxlamaqdadır. Azərbaycanda da müsəlman ölkəsi olaraq bu istiqamətdə addımlar atılıb. Ölkəmizin dövlət-din modelində vəhdət siyasəti əhəmiyyətli yerlərdən birini tutur. Ölkəmizdə vəhdət namazları qılınır. Qafqaz Müsəlmanları İdarəsi də vəhdət namazının daha geniş şəkildə icra edilməsi istiqamətində imamlara və məscidlərdə çalışan din xadimlərinə tövsiyələrini verir.

Diqqətə çatdırılıb ki, bu günlərdə İslam dünyasında vəhdət həftəsi keçirilib. “Vəhdət” filmi Azərbaycanda İslama aid olan ayrı-ayrı məzhəblər, təriqətlər arasında birliyə, əməkdaşlığa çağırır. Filmin məsləhətçiləri DQİDK-nın sədr müavinləri, mütəxəssislərdir. Bu filmin geniş şəkildə yayılması, televiziya vasitəsilə göstərilməsi Azərbaycanda dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, “Vəhdət qanımızdadır” filmində uzun əsrlərdir İslam dünyasının üzləşdiyi mürəkkəb problem göstərilir. Bu mürəkkəb şərtlər içərisində bir suala cavab axtarılır: vəhdət mümkündürmü? Azərbaycanda mümkündür. Filmdə Azərbaycanda vəhdətin tarixi, siyasi, mədəni əsasları göstərilir. Azərbaycan təkcə məzhəblərin vəhdət içində yaşadığı bir ölkə deyil, eyni zamanda, dinlərin vəhdət içində yaşadığı bir ölkədir.

Milli Məclisin deputatı, Azərbaycan rus icmasının sədri Mixail Zabelin “Vəhdət qanımızdadır” filmini yüksək qiymətləndirib. Bildirib ki, bu film digər müsəlman ölkələrində nümayiş olunsa, qarşıdurmaların sayı da azalar. Azərbaycanda heç vaxt məzhəblərarası, başqa dinlərin nümayəndələri arasında qarşıdurmalar olmayıb. Ölkəmizdə hər zaman multikultural mühit hökm sürüb. Azərbaycanı nümunə göstərərək dünyaya nümayiş etdirmək olar ki, həm sünnilər, həm şiələr sülh şəraitində yaşa bilərlər.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsləhətçisi Ülviyyə Abbasova vurğulayıb ki, dini radikalizmlə mübarizə yollarından biri də maarifləndirmədir və bu istiqamətdə vacib işlər görülür. DQİDK-nın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Komitə maarifləndirici kitablar çap etdirir, insanları tolerantlığa çağıran, zorakılığın zərərlərini göstərən filmlər çəkdirir. “Vəhdət qanımızdadır” filmi də bunlardan biridir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və digərləri DQİDK-nın sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, film Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edir. Bir çox ölkələrdə məzhəblərarası gərginlik müxtəlif rəqəmlərlə göstərildiyi halda, Azərbaycanda belə gərginlik yox dərəcəsindədir.

 

 


Son baxılan xəbərlər

Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:18
Ətraflı oxu

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Xəbərlər
14.09.2019 / 12:33
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir”

Press-relizlər
06.04.2018 / 11:22
Ətraflı oxu

Qazax rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
17.10.2018 / 17:48
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Məhərrəmlik ayı ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri müzakirə olunub

Press-relizlər
05.09.2018 / 11:15
Ətraflı oxu