İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər / 28.11.2018 / 14:48

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans noyabrın 28-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı panellə öz işini davam etdirib.

Müəllimlər, gənclər və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Təranə Cabbarova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı dini dözümlülük və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini bildirib. O eyni zamanda, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini vurğulayıb.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Qeyd edib ki, Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Onun sözlərinə görə, ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. G.İsmayılov onu da deyib ki, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. DQİDK sədrinin müavini bildirib ki, Ulu Öndərin həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir: “Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib”,-deyə sədr müavini əlavə edib.

Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan G.İsmayılov vurğulayıb ki, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, cəmiyyətin bütün təbəqələri, o cümlədən gənclər milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmlə mübarizə və dini maairfləndirmə işində daha fəal olmalıdırlar.

İmişli rayon Təhsil Şöbəsinin əməkdaşı Sevdimalı Hüseynov gənclərin dini radikalizmin təsirlərindən uzaq olmaları üçün keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, gənclərin elmə, təhsilə yiyələnmələri daim diqqətdə saxlanılmalı, dini bilgilər onlara düzgün çatdırılmalıdır. Bildirib ki, bu işdə məktəb müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. 

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
04.09.2018 / 15:09
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Dövlət Komitəsi bölgələrdə falçılığa qarşı yoxlamalara başlayıb

Xəbərlər
16.08.2016 / 18:19
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu