Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edib

Press-relizlər / 27.11.2018 / 15:43

Noyabrın 27-də Azərbaycan  İlahiyyat  İnstitutunda (Aİİ) Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən ali təhsil müəssisəsinə 10 000 nüsxə elektron kitabın təqdimetmə mərasimi keçirilib.

Aİİ rektoru Ceyhun Məmmədov qonağı salamlayaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin və etimadın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına  xüsusi diqqət yetirildiyini  vurğulayan C.Məmmədov müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığın müsbət səciyyə daşıdığını qeyd edib.

Rektor  Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. C.Məmmədov İnstitutun fəaliyyətində dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübəsindən faydalandığını söyləyərək, Misir universitetləri ilə təcrübə mübadiləsi, tələbə və müəllim heyətinin doktorantura və magistratura pillələri üzrə təhsil imkanlarının mümkünlüyünü vurğulayıb.

Tədbirin vacibliyini və aktuallığını  qeyd edən məruzəçi kitabxanaların təhsildə xüsusi rol oynadığını qeyd edib. O bildirib ki, zəngin kitab fondu ilə təmin olunmuş  Aİİ güclü təhsilin yeni ünvanıdır. Ali tədris müəssisələrində kitabxanaların xüsusi  əhəmiyyət kəsb etdiyini  söyləyən rektor tələbələrin kitabxana mədəniyyətinin formalaşmasında Aİİ-nin müxtəlif səpkili  tədbirlər həyata keçirdiyini vurğulayıb. Məruzəçi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası tərəfindən atılan bu nəcib və xeyirxah addımı yüksək qiymətləndirdiyini ifadə edib.

Cənab Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından ərəb dilində 10 000 elektron kitab nüsxəsini Aİİ rektoru C.Məmmədova hədiyyə edərək, İnstitutun kitabxanasının zənginləşdirilməsinə verdiyi töhfədən məmnunluğunu bildirib.  

Çıxışına davam edən misirli alim söyləyib ki, hədəfimiz birdir: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından təqdim etdiyim bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin, yazıçılarının kitabları, dini ədəbiyyat, hədis, lüğətlər, ensiklopediya da vardır. Çox istərdim ki, təqdim etdiyimiz ədəbiyyat həm müəllimlərin, həm də tələbələrin istifadəsi üçün faydalı olsun”.

Tələbələrin də qatıldığı mərasim mövzu ətrafında müzakirələrlə davam edib. 


Son baxılan xəbərlər

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

Press-relizlər
26.04.2019 / 18:09
Ətraflı oxu

Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir olub

Press-relizlər
14.06.2018 / 10:10
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.09.2018 / 16:38
Ətraflı oxu

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
19.03.2020 / 15:50
Ətraflı oxu

Zaqatalada "Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib

Press-relizlər
15.01.2019 / 15:30
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur

Açıqlama
18.12.2014 / 16:04
Ətraflı oxu