Dövlət Komitəsinin sədri Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb

Xəbərlər / 26.11.2018 / 15:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 26-da ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb.

Görüşdə ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən, tolerantlıq siyasətindən  bəhs edən  Dövlət Komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmətə və əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu deyən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsinin Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirdiyini vurğulayıb. Dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini, bu istiqamətdə müxtəlif konfrans və forumlara ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı, cari ildə Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri barədə danışan M.Qurbanlı Simon Vizental Mərkəzində olduğunu, səfər çərçivəsində birgə tədbirlərin həyata  keçirildiyini məmnunluqla dilə gətirib.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqların deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst fəaliyyət göstərdiyini bildirən Mübariz Qurbanlı, eyni zamanda yəhudi icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Dövlət Komitəsinin sədri ölkəmizdə 21-i xristian, 8-i yəhudi, 1-i krişna və 2-si bəhai olmaqla  32 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını və bu icmaların Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini xüsusi olaraq qeyd edib.

Abraham Kuper dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə  seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bunun mütərrəqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri fakt olduğunu deyib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran qonaq yəhudi icmalarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, 7 sinaqoqun fəaliyyət göstərməsini, icmalara mütəmadi maddi vəsaitlərin ayrılmasını ölkəmizdəki tolerant mühitin, dinə dövlət qayğısının bariz nümunəsi adlandırıb.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən yevangelist icmasının nümayəndəsi Conni Mur Bakının çox gözəl şəhər olduğunu bildirib. C.Mur Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, görüşdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
07.12.2018 / 10:59
Ətraflı oxu

Qazax rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
17.10.2018 / 17:48
Ətraflı oxu

Siyəzəndə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.10.2019 / 17:13
Ətraflı oxu

Sabirabadda “Milli-Mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusu müzakirə olunub

Xəbərlər
08.07.2019 / 16:08
Ətraflı oxu

Şirvanda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib

Xəbərlər
23.10.2019 / 14:47
Ətraflı oxu