Göygöldə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Xəbərlər / 23.11.2018 / 14:21

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Turani Əliyev bildirib ki, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir. Natiq bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycanda mövcud olan tolerant və multikultural mühitdən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında vurğulayıb ki, respublikamızda 861 dini qurum qeydiyyatdan keçib ki, onların 830-u İslam, 31-i isə qeyri-islam təmayüllüdür. Sədrin birinci müavini onu da deyib ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Yaxın şərqdə gedən proseslərə nəzər salan S.Salahlı vurğulayıb ki, dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Onun sözlərinə görə, bu, müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir. Sədrin birinci müavini qeyd edib ki, bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması dünyada ekstremizm və dözümsüzlük meyllərini daha da artırır, onların əhatə dairəsini genişləndirir.

Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm və ekstremizmin cəmiyyət üçün təhlükələrindən danışıb. Bildirib ki, “radikal dini qruplar" kimi səciyyələndirilən belə dini cərəyanlara demək olar ki, bütün böyük dinlərin tarixində rast gəlinir. C.Əlizadənin sözlərinə görə, dinləri əsas məqsədindən uzaqlaşdıran belə radikal qruplara çox təəssüf ki, indiki dövrdə də təsadüf olunur.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu

Marta Çvey: Azərbaycan multikulturalizm, dözümlülük və müstəqil KİV-lərin inkişafı üçün gözəl örnəkdir

Multikulturalizm
26.11.2016 / 16:49
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu