Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Press-relizlər / 23.11.2018 / 09:24

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının portalının bazasında keçirilən diskussiyalar silsiləsini davam etdirib.

Müzakirələrdə Aİİ-nin müəllimi – ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova, jurnalist Azər Həsrət iştirak ediblər. 

Müzakirələrdə “Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi” mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Diskussiyada İslam həmrəyliyinin vacibliyindən danışan tədbir iştirakçıları dünyada qloballaşma prosesinin getdiyini və bu faktorun  ayrı-ayrı məkanlarda qarşıdurmalara səbəb olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, məzhəbçilik və təriqətçilik hallarına qarşı maarifçilik prinsipindən çıxış etmək zəruridir. Onlar orta məktəblərdə milli-mənəvi və dini dəyərlərimizlə bağlı biliklərin verilməsinin vacibliyini qeyd ediblər. Bu biliklərə bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin öyrənilməsi, eləcə də dini radikalizm haqqında məlumatlar daxildir.

Tədbir iştirakçıları  Qurani-Kərimdə bütün müsəlmanların sülhə, birliyə və vəhdətə çağırıldığını qeyd ediblər. Vurğulanıb ki, dini zəmində ixtilafların süni şəkildə qabardıldığı bir zamanda, Azərbaycanda Vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyulub.

Disskussiya məzhəblərarası problemlərin aradan qaldırılma üsulları, dinin cəmiyyətdəki funksiyaları, dünya üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti və onlara qarşı intellektual mübarizənin yolları haqqında müzakirələrlə davam etdirlib.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Multikultural münasibətlərin davamlılığı və bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır"

Müsahibələr
13.01.2016 / 17:18
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.08.2019 / 14:07
Ətraflı oxu

Quba bölgəsinin dindarları bəşəriyyətə sülh diləyir

Xəbərlər
25.09.2020 / 17:54
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

Bəşəri dəyərlər naminə

Xəbərlər
21.08.2015 / 09:05
Ətraflı oxu