Qubada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini davam etdirib

Press-relizlər / 14.11.2018 / 15:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qubada keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq noyabrın 14-də öz işini davam etdirib.

Müəllimlər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqi giriş sözü ilə açan  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə danışaraq bu sahədə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sədr müavini Gündüz İsmayılov isə çıxışında dini radikallığın və xurafat meyillərinin güclənməsi, dinin siyasiləşdirilməsinin fəsadları barədə danışıb. Vurğulayıb ki,  vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, eləcə də ölkədə tarixən mövcud olan tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq və inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir. Din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyətin mütəmadi məlumatlandırılmasının vacibliyinə toxunan sədr müavini vətəndaşların din adı altında hüquqlarının qəsb olunmasının yolverilməz olduğunu bildirib. G.İsmayılov dinin ənənəvi İslam kontekstindən təbliğinin din sahəsində yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rola malik olduğunu qeyd edib. Bildirib ki, xurafat qüsurlu dini təbliğatın nəticəsidir. Xurafat dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İnkişaf təhsilin, xurafat cəhalətin meyvəsidir. Elm-təhsil olmayanda din xurafata çevrilir.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxışında dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən çıxarılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlindiyini bildirib. Vurğulayıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir. Onun sözlərinə görə, dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur.

Seminar-treninq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu

İmişlidə seminar-müşavirə: “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi”

Press-relizlər
09.04.2019 / 15:34
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
04.09.2018 / 15:09
Ətraflı oxu

20 Yanvar şəhidləri Lənkəranda anılıb

Press-relizlər
19.01.2018 / 17:27
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.04.2019 / 17:41
Ətraflı oxu