Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 08.11.2018 / 16:17

Noyabrın 8-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib.

Lənkəran rayonu Şürük kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıb. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Dini radikalizm və onun fəsadları haqqında məlumat verən E.Həmidli, milli-mənəvi dəyərlərimizin, eləcə də vətənpərvərliyin təbliğinin dini radikalizmlə mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

                                                                                   ***

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Lənkəran rayonu Daşdatük kənd ümumi orta məktəbində “Bayrağımız Qürurumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, məktəbin direktoru Sarvan Babayev, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev çıxışında tədbir iştirakçılarını salamlayaraq 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əlamətdar bir hadisə olduğunu nəzərə çatdırıb. Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında Azərbaycanın dövlət atributlarına, o cümlədən bayrağımıza ehtiram göstərilməsinin hər bir ölkə vətəndaşının müqəddəs borcu olduğunu diqqətə çatdırıb. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında müstəqillik rəmzimiz olan dövlət bayrağımızın yaranması tarixindən danışaraq, Azərbaycan Respublikasının Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilməsini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında üçrəngli bayrağımızın qürur mənbəyimiz olduğunu qeyd edərək, onun ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Daşdatük kənd məscidi dini icmasının və məktəb-valideyn komitəsinin sədri Şahid Babayev çıxışında keçirilən tədbirlərin gənclərin maarifləndirilməsində mühüm əhəmiyyəti olduğunu qeyd edib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Kürdəmirdə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
10.12.2018 / 15:01
Ətraflı oxu

Prezident İlham Əliyev Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib

Xəbərlər
06.11.2018 / 10:36
Ətraflı oxu

Ağdaşda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
30.10.2018 / 17:45
Ətraflı oxu

“Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda müzakirələr aparılıb

Xəbərlər
13.10.2018 / 10:17
Ətraflı oxu

Mübariz Qurbanlı: "Din adından istifadə edən radikal qruplar İslama böyük ziyan vururlar"

Müsahibələr
11.01.2019 / 17:39
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu