Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər / 06.11.2018 / 14:25

Noyabrın 6-da Biləsuvar rayonu Heydər Əliyev mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar rayon Gənclər və İdman idarəsi və Biləsuvar rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin  Bağırov,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, DTX-nın Biləsuvar rayon şöbəsinin əməkdaşı Səfər Məmmədov, Təhsil şöbəsinin əməkdaşları Elşən Ağazadə, Ağamməd Caniyev iştirak  ediblər.                    

Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov dövlətin uşaqlara qayğısı, onların təlim və tərbiyəsinə verilən önəm barəsində danışıb. O, həmçinin uşaqların tərbiyəsində və təhsilində mühüm rol oynayan Heydər Əliyev Fondunun fəaliyyəti barədə də geniş məlumat verib.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş müddəalar və ölkəmizdə “Uşaq hüquqları haqqında” Qanunun müvafiq müddəalarının tətbiqi barədə geniş məlumat verib. Bildirib ki, Uşaq hüquqları Konvensiyasına uyğun olaraq uşaq və yeniyetmələrə hüquq normalarının öyrədilməsi çox mühüm məsələdir.

Daha sonra çıxış edən DTX-nın Biləsuvar rayon şöbəsinin əməkdaşı Səfər Məmmədov bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.

Mövzu ilə bağlı çıxış edən digər natiqlər də öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

                                                                        ***

Noyabrın 6-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin və Hacıqabul Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun 4 saylı tam orta məktəbində “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, şöbənin əməkdaşı Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Natiq Əhmədov, rayon 4 saylı tam orta məktəbin direktoru Hüseyn İbrahimov və şagirdlər iştirak ediblər.

Vurğulanıb ki, ölkəmizdə uşaqların hüquqları yüksək səviyyədə qorunur. Tədbirdə eyni zamanda, uşaqların zərərli vərdişlərdən, eləcə də dini radikalizm meyillərindən qorunması haqqında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

Biləsuvarda “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar müşavirə keçirilib

Press-relizlər
15.05.2019 / 17:08
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

Arxiv
30.09.2017 / 16:30
Ətraflı oxu

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.05.2019 / 09:54
Ətraflı oxu

Mingəçevirdə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
13.10.2018 / 10:07
Ətraflı oxu