Aİİ-də “İslam və ətraf mühit” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.11.2018 / 11:20

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İslam və ətraf mühit” mövzusunda tədbir keçirib. Tədbir 6 noyabr – Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə həsr olunub.   

İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasının bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu nəzərə çatdıran rektor bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Vurğulayıb ki, institut tədrislə yanaşı, maarifləndirmə işlərinə də xüsusi diqqət ayırır. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq  müxtəlif “dəyirmi masa”lar, seminarlar, treninqlər, görüşlər, sosial layihələr təşkil edilir.

Sonra Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslam və ətraf mühit” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bəşəriyyətin müasir problemlərindən biri qlobal istiləşmə və iqlim dəyişikliklərinin canlıları, xüsusilə də insanı təhdid edən həddə çatmasıdır.

Ə.Niyazov ekologiyanın keçmişdəki kimi, təkcə canlı varlıqların  bir-birləri ilə münasibətlərini tədqiq edən elm sahəsi deyil, eyni zamanda, ətraf mühit problemləri ilə məşğul olan sahə olaraq tərif edildiyini bildirib. Qeyd edib ki, istər bioloji varlıqlarla münasibət, istərsə də ekosistemin ahəngi baxımından İslam dininin bəşər övladı üçün töhfələri böyükdür. Ətfraf mühit haqqında Qurani-Kərim ayələrini  və Məhəmməd peyğəmbərin hədislərini nümunə göstərən məruzəçi İbn Sina, Biruni və İbn Xəldun kimi İslam alimlərinin ətraf mühit haqqında fikirlərini misal çəkib. Ə.Niyazov nəticə olaraq qeyd edib ki, İslama görə insan təbiətə hökm etməməli, təbiətin bir üzvü olaraq onun harmoniyası içərisində öz yerini müəyyənləşdirməli və həmin qaydaya görə yaşamalıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Son baxılan xəbərlər

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.05.2019 / 11:22
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək

Press-relizlər
16.05.2019 / 11:17
Ətraflı oxu

Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
13.06.2019 / 16:27
Ətraflı oxu

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti müzakirə olunub

Press-relizlər
14.08.2017 / 10:43
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
20.09.2019 / 09:35
Ətraflı oxu