Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər / 02.11.2018 / 17:05

Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Natiq Süleymanov adına 2 saylı Çinarlı kənd  orta məktəbində “Uşaq hüquqları aylığı” ilə əlaqədar olaraq “Uşaqların zərərli vərdişlərdən qorunmasında miili-mənəvi dəyərlərimizin rolu” adlı tədbir keçirilib. Tədbirdə Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar işlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbənin əməkdaşı Vüqar Əliyev, Şəmkir rayon təhsil şöbəsinin müdür müavini Hafiz Pənahov, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Keçirilən tədbirdə Azərbaycanda uşaq hüquqlarının qorunmasından və dini radikal qrupların fəaliyyətinin qarşısının alınmasında dövlətin apardığı işlərdən danışılıb. 

                                                   ***

Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, eləcə də Mərkəzin şagird və müəllim kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə uşaqların zərərli vərdişlərdən, eləcə də dini radikalizm meyillərindən qorunması haqqında fikir mübadiləsi aparılıb.

***

“Uşaq hüquqları aylığı” çərçivəsində daha bir tədbir “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi Rəhim Alışov adına  tam orta məktəbdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elbəy Dəmirov, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi Rəhim Alışov adına tam orta məktəbin direktoru Ofeliya Abdullayeva, müəllimlər  və yuxarı sinif  şagirdləri iştirak ediblər.

Tədbirdə ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər, erkən nikah problemi, yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması və s. mövzular barədə müzakirələr aparılıb.

 ***

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Lənkəran şəhər 2 saylı tam orta məktəbdə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu”  mövzusunda tədbir keçirilib.  

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Zaur Ağazadə, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə uşaqların zərərli vərdişlərdən, yeniyetmə və gənclərin yad ideologiyalar və radikal cərəyanların təsirindən qorunmasının vacibliyindən bəhs edilib, dini fanatizm, radikalizm və onların fəsadları haqqında məlumat verilib.

    


Son baxılan xəbərlər

“Fitnə” filmi Tərtər rayonunda nümayiş edilib

Press-relizlər
09.06.2016 / 16:55
Ətraflı oxu

"Bidət- həqiqət və ifrat" kitabı

Kitablar
04.03.2015 / 12:42
Ətraflı oxu

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.05.2018 / 17:50
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin önəmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 13:53
Ətraflı oxu

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda ...

Press-relizlər
27.03.2019 / 16:33
Ətraflı oxu

Dini radikalizm İslam həmrəyliyinə ziddir

Press-relizlər
08.02.2018 / 14:41
Ətraflı oxu