“Uşaq hüquqları aylığı” çərçivəsində Balakən və Siyəzəndə tədbirlər keçirilib

Press-relizlər / 01.11.2018 / 15:53

Noyabrın 1-də Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Qabaqçöl qəsəbəsi Yeni Şərif kəndi tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların təhsil hüquqlarının pozulması, erkən nikah problemi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçəsi-psixoloq Aynur Omarova, Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Sərxan Hacıyev, məktəbin direktoru Nail Kalayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nail Kalayev uşaq hüquqları ilə bağlı  tədbirlərin məktəblərdə keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət etdiyini, bu sahədə dövlət siyəsətinin əsas məqsədinin uşaqların tərbiyyə olunmasına, təhsil almasına və nəhayət layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldiyini bildirib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva  erkən yaşda ailələrin  qurulması, uşaqların təhsildən  yayınması, əməyə cəlb olunması, onlara  qarşı zorakılıq edilməsi hallarına qarşı  yalnız dövlətin deyil, eyni zamanda cəmiyyətin hər bir üzvünün mübarizə aparmağının vacib olduğunu qeyd edib.

Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçəsi-psixoloq Aynur Omarova uşaqların inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqları haqqında  ətraflı məlumat verib.  

Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Sərxan Hacıyev  uşaqların iştirak hüquqlarından istifadə edərək cəmiyyətdə fəal olmalarını və rayonda fəaliyyət göstərən gənclər qruplarında aktiv iştirak etmələrini tövsiyə edib.

Daha sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

***

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Siyəzən şəhəri 3 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Siyəzən RİH-in məsul əməkdaşı Həsənağa Əliyev, 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir “Uşaqlar dövlətin gələcəyidir” adlı videoçarxın təqdimatı ilə başlayıb.

Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Pərvin Ağasıyev bildirib ki, mütəmadi olaraq məktəbdə uşaq hüquqlarının təbliğinə həsr olunmuş görüşlər təşkil edilir.  

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il oktyabr və noyabr aylarında “Uşaq hüquqları aylığı” adı altında müxtəlif formatlı tədbirlər həyata keçirilir, Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır. Natiq bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması sahəsində atılan addımlar, görülən işlər təqdirəlayiqdir.

Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışı zamanı “Uşaq hüquqları aylığı”nın təsis olunmasından bəhs edib. Natiq bildirib ki, həm DQİDK, həm də Təhsil Nazirliyi ilə sıx əlaqə qurulmaqla uşaq hüquqlarının müdafiəsi sahəsində iş aparılır.

Siyəzən RİH-in məsul əməkdaşı Həsənağa Əliyev respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətin atdığı addımlardan və həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Siyəzən rayonunda da bu sahədə işlərin görüldüyünü və müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib.

 


Son baxılan xəbərlər

Göyçayda "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 08:55
Ətraflı oxu

Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
13.09.2018 / 12:48
Ətraflı oxu

4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
14.09.2017 / 16:23
Ətraflı oxu

Azərbaycan Texniki Universitetində “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
22.11.2019 / 15:41
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Press-relizlər
23.11.2018 / 09:24
Ətraflı oxu

Amil Cavadov: "Müasir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə bağlıdır"

Açıqlama
07.11.2016 / 09:53
Ətraflı oxu