Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 31.10.2018 / 17:25

Oktyabrın 31-də Nizami rayonu Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm və narkomaniyaya “yox” deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Şirinov və Nuru İmanov, Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi polkovnik-leytenant Məryəm Ömərova,  Nizami rayon 23-cü polis bölməsinin rəisi Emin Çələbiyev, psixoloq Əsmər Talıbova, məktəbin direktoru Sevinc Hüseynova və məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru S.Hüseynova orta məktəblərdə dini radikalizm, ekstremizm və zərərli vərdişlərlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Nizami RİH başçısı Aparatının məsul əməkdaşı B.Hüseynov rayon ərazisində dini etiqad azadlığının təmin olunması sahəsində görülən işlər, dini radikalizm, ekstremizm və narkomaniyaya qarşı mübarizə istiqamətində görülən tədbirlərdən bəhs edib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizm və ekstremizmin mahiyyəti, onun milli-mənəvi dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib.

Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi M.Ömərova hazırda dini ekstremizm və narkomaniyaya qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Psixoloq Əsmər Talıbova narkomaniyanın təsirindən qorunmağın yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.


Son baxılan xəbərlər

Masallıda “Dinimiz imanımızdır” mövzusu müzakirə edilib

Press-relizlər
29.01.2018 / 15:23
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin ümummilli məqsədlər naminə fəaliyyəti Onun zəngin həyat yolunun parlaq və ...

Müsahibələr
08.05.2020 / 13:00
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 16:56
Ətraflı oxu

Qubada dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.01.2018 / 17:27
Ətraflı oxu

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Press-relizlər
13.05.2020 / 10:46
Ətraflı oxu

Ravvin Abraham Kuper Azərbaycanda multikulturalizmin və tolerantlığın əhəmiyyətini qeyd edib

Multikulturalizm
24.08.2016 / 12:21
Ətraflı oxu