Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər / 31.10.2018 / 17:14

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir Qəbələ şəhər Mərkəzi Cümə məscidində  “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda  keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ şəhər Yeni  məscidinin imamı Laçın Ağalarov, dini icma üzvləri və ziyalılar iştirak ediblər.

Tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Z. Şirinov çıxış edərək bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.

Qəbələ şəhər Yeni  məscidinin imamı L. Ağalarov  çıxışında yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyini diqqətə çatdırıb, eyni zamanda, erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına  geniş məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

     ***      

Oktyabrın 31-də “Uşaq hüquqları aylığı” çərçivəsində Saatlı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə isə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli  bölgəsi üzrə şöbəsi və Saatlı Rayon  İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə  DQİDK-nın İmişli  bölgəsi üzrə şöbəsinin  məsləhətçisi  Elvin İbrahimov,  RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu  Mehriban  Ağayeva, Saatlı şəhər  V.Əsgərov adına  4 nömrəli tam orta məktəbin müəllimləri  və  yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü  ilə  Saatlı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu  Mehriban  Ağayeva açaraq  bildirib  ki,   hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr- 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

DQİDK-nın İmişli  bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov öz çıxışında gənclərin zərərli vərdişlərdən qorunmasının zəruriliyindən danışıb.

Tədbir disskusiya şəkildə davam edib.

 

 ***

Oktyabrın 31-də Qax rayonunun 4 nömrəli  tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində  məktəbin müəllimləri və şagirdlərlə birgə tədbir keçirilib. Qax Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Qax rayonunun 4 nömrəli  tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aynurə Rəhimova, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov, məktəbin müəllimləri və şagirdləri  iştirak ediblər.

Tədbir Qax rayonunun 4 nömrəli  tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavininin çıxışı  ilə başlayıb. Daha sonra məktəbin şagirdləri mövzu ilə əlaqədar çıxış edərək  öz bilik və bacarıqlarını nümayiş ediblər.

Tədbirin sonunda  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov  uşaq hüquqları barədə, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə məlumat verilib.

***

 

“Uşaq hüquqları aylığı” çərçivəsində daha bir tədbir oktyabrın 31-də Astara Rayon Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonu Artupa kənd Yaqub Ağayev adına tam orta məktəbdə keçirilib. 

Tədbiri giriş sözü ilə açan Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan bəhs edib. R.Həsənov ölkəmizdə uşaqların hüquqlarının qorunduğunu və bu sahədə mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında yeniyetmə və gəncləri zərərli vərdişlərin, dini fanatizm və  dini radikalizmin təsirindən qorumaq üçün ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. T.Həsənzadə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm rolu olduğunu bildirib.

İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaqların hüquq və vəzifələri haqqında ətraflı danışaraq, ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edildiyini və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyini vurğulayıb.

Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsinin rəhbəri Asif Hüseynquliyev ölkəmizdə elmə, təhsilə böyük qayğının olduğunu, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.

Astara rayonu Artupa kənd Yaqub Ağayev adına tam orta məktəbin direktoru Zaur Hüseynov gələn qonaqlara iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirib. Z.Hüseynov keçirilən bu kimi tədbirlərin məktəblilərin dünyagörüşünün formalaşmasında böyük rol oynadığını bildirib.

 

 

 

    


Son baxılan xəbərlər

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
16.10.2019 / 17:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Ağstafada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
02.10.2019 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama
30.09.2016 / 12:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Bizim toplumun İslama, Allaha bağlılığı ailədən gəlir"

Müsahibələr
12.07.2017 / 15:27
Ətraflı oxu