Bərdədə “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər / 31.10.2018 / 15:22

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə rayon İcra Hakimiyyətinin  birgə  təşkilatçılığı ilə Bərdə şəhər Heydər Əliyev mərkəzində “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqların dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi Sərdar Məmmədov, Gənclər və İdman Nazirliyinin Bərdə rayon üzrə idarəsinin  müdir müavini  Aydın Qasımov, Bərdə rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Asif Abbasov və DİN-nin, Bərdə rayon şöbəsinin  “Yetginlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun”  inspektoru polis əməkdaşı Vüsalə Əzimova və eləcə də, məktəblilər, müəllimlər, və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Asif Abbasov tədbirdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar çıxış etdib. Natiq öz çıxışında qeyd edib ki, ölkəmiz uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə  xüsusi önəm verir. Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov müasir dövrümüzdə dini radikalizmin dünya miqyasında narahatçılığa səbəb olan problemlərindən bəhs edərək, günümüzdə dini radikalizmlə mübarizədə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini bildirib.  

Daha sonra çıxış eden Gənclər və İdman Nazirliyinin Bərdə rayon üzrə idarəsinin müdir müavini Aydın Qasımov uşaqların dini radikalizm bəlasından uzaq durması üçün təhsil amilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.                              Tədbirdə DİN-nin Bərdə rayon şöbəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun” inspektoru polis əməkdaşı Vüsalə Əzimova dini radikalizmin fəsadları barədə geniş çıxış edərək, uşaqların bu fəsaddan qorunması üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.  

 


Son baxılan xəbərlər

“Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib

Press-relizlər
17.10.2018 / 17:37
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.02.2019 / 11:49
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.01.2017 / 10:00
Ətraflı oxu

16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.11.2018 / 16:28
Ətraflı oxu

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu