Oğuz rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər / 30.10.2018 / 16:51

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şəki  bölgəsi üzrə şöbəsi, Oğuz rayonu Gənclər və idman idarəsi və Oğuz rayonu Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Həbib Babayev adına Oğuz şəhər 1 nömrəli orta məktəbdə “Uşaqları dini fanatizim və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov, Oğuz rayonu Təhsil şöbəsinin nümayəndəsi Emin Əzimli, Oğuz rayonu Gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov və məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  Arif Quliyev bu kimi tədbirlərin məktəblərdə keçirilməsinin əhəmiyyətini qeyd edib.

Təhsil şöbəsinin nümayəndəsi E. Əzimli dinlərin yaranma və inkişaf tarixindən söz açaraq heç bir dinin təməl pirinsiplərində radikalizmin olmadiğını bildirib.

Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə məsləhətçisi S. Salehov dini radikalizmin tarixindən, yaranma səbəblərindən, onunla mübarizə metodları haqqında geniş məlumat verib, qeyd edib ki, harada olmağımızdan asılı olmayaraq hər birimiz bəşəriyyət üçün təhlükə sayılan zorakılığı və radikalizmi qınamalıyıq. Ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy göstərməliyik

Oğuz rayonu Gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov radikalizmə qarşı ideoloji mübarizə aparılmalı olduğunu və bu sahədə hər bir Azərbaycan gəncinin rol almalı olduğunu xüsusilə vurğulayıb.

Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.


Son baxılan xəbərlər

Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Press-relizlər
13.10.2018 / 11:22
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Səbail rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
16.05.2019 / 14:35
Ətraflı oxu

Qaradağ rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.05.2019 / 16:29
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən İsmayıllıda iftar süfrəsi təşkil edilib

Press-relizlər
07.06.2018 / 10:22
Ətraflı oxu