10 və 11 saylı cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 25.10.2018 / 17:41

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Tədbirlər Planına əsasən, məhkumların dini maarifləndirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində keçirilən tədbirlər davam etdirilir. Növbəti maarifləndirmə tədbirləri oktyabrın 25-də 10 və 11 saylı cəzaçəkmə müəssisələrində keçirilib.

Tədbirlərdə cəzaçəkmə müəssisələrinin rəis müavinləri Faiq Qarayev, Emin Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəzərov, ilahiyyatçı Ceyhun Rüstəmov və Penitensiar Xidmətin əməkdaşı Orxan Musayev iştirak ediblər.

Hər iki tədbirdə İslam dininin həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etdiyi, qəzəb, riyakarlıqdan uzaq olduğu vurğulanıb. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb.
 


Son baxılan xəbərlər

Siyəzən rayonunda radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.04.2018 / 17:27
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açılıb

Multikulturalizm
15.11.2016 / 15:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Açıqlama
04.11.2015 / 18:04
Ətraflı oxu

Zaqatalada “Qeyri-ənənəvi cərəyanlar və zərərli vərdişlərin cəmiyyətimizə mənfi təsirləri” adlı tədbir keçirilib

Press-relizlər
05.02.2019 / 17:50
Ətraflı oxu

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Press-relizlər
02.12.2019 / 12:30
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
27.09.2018 / 14:43
Ətraflı oxu