Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 05.09.2018 / 16:38

Sentyabrın 5-də Gədəbəy Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “İslam sülh və əmin-amanlıq dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev, Gədəbəy rayon “Cümə” məscidinin imamı Rövşən Mustafayev, din xadimləri, ümumtəhsil məktəblərinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov açaraq, “Beynəlxalq Sülh Günü” haqqında məlumat verib, dünyada və ölkəmizdə İslam dininin sülh və əmin-amanlıq dini kimi qəbul olunduğunu bildirib. Qədir Bağırov qeyd edib ki, bu gün ölkəmizdə din dövlətdən ayrı olsa da ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm tədbirlər görülür. Əsaslı təmir olunan və yeni tikilən yüzlərlə məscid və ziyarətgahlar insanların dini inanclarının həyata keçirilməsi üçün dövlət tərəfindən yaradılan şəraitin bariz nümunəsidir. Ölkəmizdə təkcə İslam dininə deyil, digər dinlərə də dövlət qayğısı göstərilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev çıxış edərək “Beynəlxalq Sülh Günü” haqqında danışıb, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi və bölgədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Masallı rayonunda “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Xəbərlər
26.09.2019 / 16:21
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
12.09.2018 / 11:38
Ətraflı oxu

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu

Sabunçuda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 14:16
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmir”

Açıqlama
23.11.2015 / 14:30
Ətraflı oxu

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu