Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər / 24.10.2018 / 15:54

VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın nüfuzlu mətbu orqanlarında nəşr edilən çoxsaylı məqalələrin müəllifi jurnalist Raul Kontreras oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan Amerikanın ən çox izlənilən kanallarından olan “One America News Network”  üçün müsahibə alıb.

Dövlət Komitəsinin sədri kanala müsahibəsində müstəqil Azərbaycan dövlətinin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət, dinlər, mədəniyyətlər arasında əməkdaşlığın qurulması istiqamətində görülən işlər, eyni zamanda Ermənistanın Azərbaycana təcavüzü, işğal altında olan mədəniyyət və dini abidələrin işğalçılar tərəfindən dağıdılması haqqında həqiqətlər barədə danışıb.

Mübariz Qurbanlı bildirib ki, ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.  Etnik və dini zəmində münaqişələrin baş verdiyi, dini və irqi ayrı-seçkilikdən milyonlarla insanın əziyyət çəkdiyi bir dövrdə Azərbaycan dinlərin və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib.  Prezident İlham Əliyevin Azərbaycanda tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğunu diqqətə çatdıran Komitə sədri qeyd edib ki, ölkəmizdə İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.

Sonda jurnalistə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, Azərbaycandakı dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Press-relizlər
12.12.2018 / 16:24
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.09.2018 / 16:38
Ətraflı oxu

Şamaxı şəhər “Cümə” məscidində 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər
31.03.2018 / 10:30
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycanda nurçulara, FETÖ-çülərə məxsus məscid olmayıb”

Müsahibələr
08.09.2016 / 17:17
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu