“Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.09.2018 / 12:50

Sentyabrın 5-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birgə tədbir keçirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri - dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında diskussiya aparılıb.
Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Azərbaycan dövlətinin gənc nəslin sağlam ruhda böyüməsi, savadlı və bilikli yetişməsinə xüsusi önəm verdiyini bildirən diskussiya iştirakçıları dünyəviliyi, modernləşməni qəbul etmiş ölkəmizdə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu qeyd ediblər. Müzakirədə bildirilib ki, Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda, dini radikalizmin izlərinə demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmənin nə qədər zəruri olduğu ortaya çıxır. Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr yaranır. Bu səbəbdən, dünyanın inkişaf etmiş aparıcı ölkələrində olduğu kimi orta məktəblərimizdə din haqqında ümumi məlumatların, İslam dininin olduğu kimi sağlam təməllər üzərindən tədris edilməsi zəruri tələbə çevrilib. Qeyd olunub ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biridir.


Son baxılan xəbərlər

Qobustanda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Press-relizlər
15.05.2018 / 17:02
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
21.02.2018 / 18:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

Tolerantlığın Azərbaycan nümunəsi

Press-relizlər
16.11.2016 / 09:01
Ətraflı oxu

Göyçayda “28 May – Respublika Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 17:39
Ətraflı oxu

Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Xəbərlər
23.09.2017 / 09:44
Ətraflı oxu