Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Press-relizlər / 23.10.2018 / 15:37

Oktyabrın 23-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tələbələrlə görüşü keçirilib.

Görüşdə Aİİ-nin müəllim və tələbə heyəti, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov, Tələbə Gənclər Təşkilatları ilə (TGT)  İş departamentinin direktoru Ləman Cavadova iştirak ediblər.

ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov bildirib ki, İttifaq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

İttifaqın Azərbaycan Respublikasının 96 dövlət və özəl ali məktəbinin tələbə gənclər təşkilatını özündə birləşdirdiyi, bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən universitetlərin daxil olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ATGTİ-nin əsas məqsədi dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını, hüquqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın icraçı direktoru İttifaqın əsas vəzifələrini vurğulayarkən, tələbələrin sosial problemlərinin həlli istiqamətində bir sıra işlərin həyata keçirildiyini deyib. Bu vəzifələrə tələbələr arasında  maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi kimi öhdəliklərin aid olduğuni bildirib.

Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğinə böyük əhəmiyyət verildiyini qeyd edən F.Məmmədov Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin TGT  vasitəsilə bu istiqamətə töhfələr verə biləcəklərini vurğulayıb. 

Tədbirdə ən yaxın zamanda Aİİ-də Tələbə Gənclər Təşkilatının yaradılması qərara alınıb.


Son baxılan xəbərlər

Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
10.12.2019 / 16:02
Ətraflı oxu

“Şəhadət” filmi məktəb-liseydə nümayiş etdirilib

Press-relizlər
22.11.2017 / 16:09
Ətraflı oxu

6 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.05.2015 / 12:54
Ətraflı oxu

Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.09.2019 / 17:07
Ətraflı oxu

Bakıda "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusunda konfrans keçirilib

Xəbərlər
29.10.2019 / 16:27
Ətraflı oxu

Dövlət Komitəsinin rəsmisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında çıxış edib

Xəbərlər
25.09.2019 / 16:34
Ətraflı oxu