Masallıda “Məhərrəmlik mərasimlərində qanunvericiliyin qorunması yolları” mövzusunda müşavirə keçirilib

Press-relizlər / 08.09.2018 / 11:52

Sentyabrın 8-də Masallı şəhəri Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ağsaqqallar, yerli ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov keçirilən dini mərasimlərə ciddi nəzarət, zərərli təriqət üzvlərinin, dövlətçiliyimiz əleyhinə moizələr edən radikal “dindarların” cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunaraq aidiyyati təşkilatlara tapşırıq və tövsiyələrini verib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi üçün dindarları mərasimlər vaxtı diqqətli olmağa, zəruri qaydalara əməl etməyə çağırıb. O, həmçinin dindarları moizə və xütbələrdə Vətən təəssübünü, milli və dövlət mənafelərimizi uca tutmağa səsləyib, azyaşlıların dini mərasimlərdə iştirakının yolverilməz olduğunu diqqətə çatdırıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov Qazılar Şurasının fətvası və rayon üçün tərtib edilən azan vaxtlarının yerlərdəki tətbiqindən danışaraq bildirib ki, Məhərrəmlik mərasimləri ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalıdır.
Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov və DTX-nin Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev Məhərrəmlik mərasimləri zamanı əzadarlıq tədbirlərini keçirərkən ictimai asayiş qaydalarına riayət etməyi tövsiyə ediblər.
Digər çıxışçılar əzadarlıq məclislərində zəncir vurmaq, baş yarmaq və bədənə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarının təşkilinin məqsədəuyğun olduğunu vurğulayıblar.


Son baxılan xəbərlər

Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
16.10.2019 / 17:33
Ətraflı oxu

Qərbi Kaspi Universitetində dini radikalizmə qarşı mübarizəyə həsr edilən maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.06.2018 / 17:24
Ətraflı oxu

Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

Xəbərlər
03.10.2019 / 09:29
Ətraflı oxu

“Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 17:32
Ətraflı oxu

Bölgələrdə Xocalı soyqırımının qurbanları anılır

Press-relizlər
22.02.2019 / 17:03
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.08.2019 / 12:20
Ətraflı oxu