Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 19.10.2018 / 15:59

Oktyabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, din xadimləri, dini icma sədrləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd edib və gələcəkdə də davamlı olmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov şəhidlərə göstərilən hörmət və ehtirama görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib. Şəhid atası xüsusilə gənclər arasında bu kimi tədbirlərin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb. 

Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu haqqında iştirakçıları məlumatlandırıb. İcraçı direktorun müavini Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun hər kəs üçün şəhidlik nümunəsi və fəxarət mənbəyi olduğunu bildirib. C.Əliyev qeyd edib ki, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq ordumuzda mənəvi ruh yüksəkliyinin olduğuna bariz nümunədir.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov Qurani-Kərimə görə şəhidlərin yüksək məqama sahib olduğunu, şəhidliyin dərin mənəvi mahiyyət daşıdığını qeyd edib.  

İlahiyyatçı ekspert Anar Əliyev bildirib ki, şəhidlik mənəvi dəyər olaraq xalqımız tərəfindən hər zaman uca tutulur, şəhid ailələrinə dərin hörmət bəslənilir.

Sonda tədbir iştirakçıları seminar-treninqlə bağlı öz fikirlərini bölüşüb və şəhidlər üçün dualar ediblər.

 


Son baxılan xəbərlər

“Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
19.10.2018 / 10:09
Ətraflı oxu

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
19.04.2018 / 16:51
Ətraflı oxu

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı: "ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanla bağlı hesabatı həqiqətə uyğun deyil"

Press-relizlər
24.05.2018 / 16:29
Ətraflı oxu

Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusu müzakirə olunub

Press-relizlər
29.08.2018 / 14:19
Ətraflı oxu