Lerikdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 18.10.2018 / 17:21

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni açan RİH başçısının müavini Arzu Vəliməmmədova rayondakı dini durum barədə məlumat verib. Lerikdə 26 dini qurumun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındığını deyən A.Vəlimmədova icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamın dini icmaların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib.

İştirakçıları Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda, vicdan azadlığının təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionda ön sıralarda yer alır. Ölkədə Ümummilli Liderimiz Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub.

S.Salahlı vurğulayıb ki, Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini baxımdan zəngindir. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Dini radikalizmə qarşı mübarizədən də danışan sədrin birinci müavini bu sahədə  din xadimlərinin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü deyib. O, bu gün hansı dinə mənsubluğundan asılı olmayaraq din xadimlərinin geniş təbliğat imkanına malik olduqlarını, cəmiyyətdə dini dünyagörüşünün formalaşmasında mənəvi məsuliyyət daşıdıqlarını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi İlham Əliyev dinə dövlət qayğısından bəhs edib. Din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən mütəmadi olaraq dini maarifləndirmə işinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə maliyyə vəsaitinin ayrıldığını deyib. Seminar-müşavirənin birinci günü müzakirələrlə yekunlaşıb.


Son baxılan xəbərlər

Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış ...

Press-relizlər
25.10.2018 / 14:57
Ətraflı oxu

“Cəmiyyət və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.12.2015 / 17:27
Ətraflı oxu

“İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2017 / 15:32
Ətraflı oxu

İmişlidə seminar-müşavirə: “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi”

Press-relizlər
09.04.2019 / 15:34
Ətraflı oxu

Qubada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Press-relizlər
22.02.2019 / 16:16
Ətraflı oxu

Mehman İsmayılov: “Din xadimlərinə maddi dəstək veriləcək”

Açıqlama
04.05.2018 / 12:01
Ətraflı oxu