Bakıda dünya yəhudilərinin Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib

Press-relizlər / 12.09.2018 / 11:33

Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndələrinin və qonaqların iştirakı ilə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib.
Bayram tədbirində Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri Səyyad Salahlı və Səyavuş Heydərov iştirak ediblər.
PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.Təbrikdə bildirilir ki, biz xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndiririk. Ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan multikulturalizm və tolerentlıq mühitindən bəhs edib. S. Salahlı qeyd edib ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən ölkədə sabitlik, əmin-amanlıq dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. 
Daha sonra çıxış edən Avropa Yəhudiləri icmasının sədri, xalq artisti Aleksandr Şarovski və başqaları dövlətin ölkəmizdəki bütün dinlərin və millətlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildiriblər. Vurğulayıblar ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir.
Tədbirdə Bakıdakı Avropa yəhudilərinin rəvvaini tərəfindən dini ayin icra edilib və təqvim üzrə başlayan növbəti yeni ildə bütün xalq və millətlərə sülh və əmin-amanlıq arzulanıb.


Son baxılan xəbərlər

İslam dünyası müasir beynəlxalq münasibətlərdə

Multikulturalizm
14.10.2016 / 09:46
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir keçirilib

Xəbərlər
30.11.2018 / 15:04
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu istiqamətində müzakirələr aparılıb

Press-relizlər
17.10.2019 / 14:48
Ətraflı oxu

Yeni Azərbaycan Partiyasında “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub

Press-relizlər
11.10.2019 / 15:30
Ətraflı oxu

Şimal bölgəsində “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” mövzusu müzakirə olunub

Press-relizlər
11.09.2020 / 17:04
Ətraflı oxu