Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 17.10.2018 / 17:22

Oktyabrın 17-də Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Rayon Gənclər və İdman İdarəsi və Masallı Dövlət Regional Kollecinin (MDRK) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev,kollecin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov tədbirin əhəmiyyətindən danışıb. Natiq həmçinin dini radikalizmin İslam aləmində yaratdığı fəsadlardan danışıb. O, hazırda dini radiklizmə ən çox məruz qalanların müasir gənclər olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov dini radikal qrupların təbliğat metodları haqqında danışıb. O, gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün təhsilin və sağlam həyat keçirməyin önəmini diqqətə çatdırıb.
Kollecin metodisti Baba Həsənov çıxışında bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dini düzgün şəkildə, olduğu kimi çatdırmaqdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndiriliməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Şəkidə dini ekstremizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
18.01.2017 / 16:27
Ətraflı oxu

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.03.2019 / 17:16
Ətraflı oxu

Masallıda “Gənclərin radikal dini cərəyanlardan qorunması” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
11.02.2019 / 15:05
Ətraflı oxu

“Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 10:12
Ətraflı oxu

Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib

Press-relizlər
22.12.2017 / 11:54
Ətraflı oxu