Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 17.10.2018 / 15:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov oktyabrın 17-də "Yehovanın Şahidlərinin Avropa Assosiasiyası"nın sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.

Sədr müavini qonaqlara ölkəmizdəki sabit dini durum, nümunəvi tolerantlıq mühiti, eləcə də dinlərarası harmoniya barədə məlumat verib.

Bildirib ki, ölkəmizin milli, dini xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti xalqımızın genefondunda özünə yer tapıb. Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan nadir ölkələr sırasında ön sıralarda yer alır. Ölkədə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini təşkil edən müsəlmanlarla yanaşı, digər dinlərin mənsublarına da öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bərabər şərait yaradılıb, bütün dini icmalar dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan sədr müavini Ermənistanın təcavüzakarlıq siyasətinin davam etdirməsinin təkcə ölkəmizdə deyil, bütün regionda sülh və sabitliyin təmin edilməsinə, dinlərarası əməkdaşlığın bərqarar olunmasına ciddi problemlər yaratdığını deyib.  

Söhbət əsnasında bəzi beynəlxalq hesabatlarda ölkəmizdə adıçəkilən icmanın fəaliyyətinin məhdudlaşdırılması barədə qeyri-obyektiv məlumatların yer aldığı diqqətə çatdırılıb. "Yehovanın Şahidlərinin Avropa Assosiasiyası"na bu cür qərəzli informasiyalara qarşı obyektiv mövqe nümayiş etdirmələri tövsiyə olunub.

Ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə edən qurumun sədri Toni Breys Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirib. Dini icma üzvlərinin sərbəst fəaliyyətinə görə yaradılan şəraitə, eyni zamanda icmanın rastlaşdığı problemlərin həllində göstərilən dəstəyə görə razılığını ifadə edib. Beynəlxalq hesabatlarda həqiqətə uyğun olmayan məlumatların yayılmasının qarşısının alınması üçün səy göstərəcəklərini bildirib.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Xəbərlər
22.01.2019 / 09:56
Ətraflı oxu

Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.09.2019 / 17:07
Ətraflı oxu

Qaxda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.07.2019 / 16:15
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

Azərbaycandakı dinlərarası və millətlərarası mühit

Multikulturalizm
29.06.2016 / 10:12
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu