Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 17.10.2018 / 15:08

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Lənkəranda yerləşən “N” saylı hərbi hissədə “Müasir dövrdə dini təhlükəsizlik ictimai-siyasi təhlükəsizliyin prioritet istiqamətidir” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini Ramin Məsimov, hərbi hissənin zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini Ramin Məsimov çıxışında gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini qeyd edərək, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyini vurğulayıb. 
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən birinin dini təhlükəsizlik olduğunu bildirib. Q.Məmmədov dini təhlükəsizliyin ictimai-siyasi təhlükəsizliyin vacib elementi kimi əhəmiyyətini qeyd edib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verən Q.Məmmədov bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

Xaçmazda narkomaniya əleyhinə tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 11:49
Ətraflı oxu

Zaqatalada “Tolerantlığın ünvanı -Azərbaycan!” mövzusunda onlayn konfrans keçirilib

Press-relizlər
18.09.2020 / 16:39
Ətraflı oxu

Ağdaşda "Sağlam həyat,yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.10.2019 / 14:58
Ətraflı oxu

Bakıda “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda konfrans keçirilib

Xəbərlər
13.11.2019 / 13:27
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu