Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər / 16.10.2018 / 18:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 16-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrə və Vyanada yerləşən qərargahlarının əməkdaşları Ceyson Aplon, Aleksandr Doqqen və BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak ilə görüşüb.

Görüş zamanı DQİDK sədri qonaqlara Azərbaycandakı dini vəziyyət, nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də konfessiyalararası harmoniya və tolerantlıq modeli barədə məlumat verib.

Bildirib ki, ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülünə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda müxtəlif dinlərə eyni ehtiram göstərilir, bütün konfessiyaların nümayəndələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunub.

BMqT-nin Azərbaycan Nümayəndəliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihələrinin uğurla həyata keçirilməsindən məmnunluqlarını ifadə edən qonaqlar faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda M.Qurbanlı qonaqlara Dövlət Komitəsi tərəfindən dərc olunmuş kitablar hədiyyə edib.


Son baxılan xəbərlər

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Səyavuş Heydərov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir"

Xəbərlər
06.12.2018 / 10:27
Ətraflı oxu

Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
06.12.2018 / 16:44
Ətraflı oxu