Mingəçevirdə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər / 13.10.2018 / 10:07

Oktyabrın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir şəhərində “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib. 

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov, Mingəçevir Dövlət Universitetinin Xarici Dillər Kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Zenfira Əzizova, ziyalılar, müəllimlər, Mingəçevir Dövlət Universitetinin, Turizm və Tibb Kolleclərinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev seminar-treninqin ictimaiyyət arasında mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə təşkil edildiyini və bu kimi tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun yaradılması və fəaliyyəti haqqında geniş məlumat verib. M.İsmayılov mənəvi dəyərlərin təbliği işinin cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edərək Fondun fəaliyyətinin də məhz bu istiqamətə yönəldiyini diqqətə çatdırıb. İcraçı direktor xüsusilə gənclərin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə yetişdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə “Azərbaycan multikultralizmi və mənəvi dəyərlər əlaqəsi” mövzulu məruzə ilə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov multikultural dəyərlərimizin mənəvi dəyərlərimizlə sıx bağlı olduğunu və bu dəyərlər sisteminin gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin Xarici Dillər Kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Zenfira Əzizova mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı Fondun fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə şəhər ziyalısı Zahid Qasımlı və digər iştirakçılar da öz fikirlərini bölüşdülər. Seminar treninqdə geniş müzakirələr aparılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
09.08.2019 / 17:14
Ətraflı oxu

Mübariz Qurbanlı: "Onlar kənardan aldıqları əmrləri icra edirlər"

Açıqlama
26.11.2015 / 18:51
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Ziyalılarımız İslama qarşı yox, xurafata qarşı mübarizə aparıb”

Müsahibələr
22.07.2017 / 10:17
Ətraflı oxu

Lerikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.11.2016 / 16:01
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadə: "İşğaldan azad olunan ərazilərdəki dini abidələrin sayı dəqiqləşdirilir"

Xəbərlər
20.11.2020 / 15:30
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu