Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər / 12.10.2018 / 16:34

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib.

Gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev keçirilən tədbirin əhəmiyyətinə toxunub. Bildirib ki, Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində təşkil etdiyi tədbirlər gənc nəslin yad dini ideologiyaların təsirindən qorunmasında, eləcə də onların düzgün dini bilgilərlə məlumatlandırılmasında əhəmiyyətli rol oynayır.  

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin önəminə toxunub. Dövlət tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən yüksək qayğıdan danışan Səyyad Salahlı bütün sahələrdə olduğu kimi, dəyərlərimizin qorunması və bərpa edilməsi istiqamətində əməli tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. DQİDK sədrinin birinci müavini milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs edərək son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa edilən məscidlər, ziyarətgahlar barədə söhbət açıb. S.Salahlı dövlət başçısının Fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun milli-mənəvi dəyərlərin qorunması və inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin xüsusi rol oynadığını diqqətə çatdıran S.Salahlı qeyd edib ki, milli-mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında böyük əhəmiyyət daşıyır.  

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cahandar Əlifzadə dini radikalizmin yaranma səbəblərindən söhbət açıb. Qeyd edib ki, radikal ideologiya daşıyıcılarının əsas hədəfi hər zaman gənclər olublar. Buna görə də xüsusilə gənclər elmi biliklərini artırmaqla yanaşı, mötəbər mənbələrdən yararlanaraq təməl dini bilgilərə də yiyələnməyə çalışmalıdırlar. C.Əlifzadə, eyni zamanda  dini radikal qrupların təbliğat metodlarından da bəhs edib. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

AXC-nin yaranmasının 100 illiyi ilə bağlı Lənkəranda tədbir təşkil olunub

Press-relizlər
24.05.2018 / 14:31
Ətraflı oxu

Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
10.06.2019 / 09:47
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir ...

Press-relizlər
09.02.2017 / 16:59
Ətraflı oxu

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər
08.11.2018 / 17:54
Ətraflı oxu

Dini radikalizmlə mübarizə: necə və nə etməli

Press-relizlər
23.04.2019 / 18:05
Ətraflı oxu

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya ediliblər

Press-relizlər
11.01.2019 / 17:04
Ətraflı oxu