Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 12.10.2018 / 15:54

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və aktiv gənclərin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Abşeron RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov mövzunun əhəmiyyətindən danışıb. O, eyni zamanda rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə də toxunub.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır. DQİDK-nın sədr müavini onu da bildirib ki, məzhəbçilik, təhsildən uzaqlaşma dini radikalizmin əsas elementlərindəndir. Eyni zamanda, haqsız yerə qan tökmək, qətl törətmək dinimizdə ən böyük günahlardan hesab olunur.

Sədr müavini deyib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə Azərbaycançılığın nəzərdə tutulduğunu deyən natiq təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.

G.İsmayılov sonda dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının vacibliyini diqqətə çatdırıb.

Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.


 

 


Son baxılan xəbərlər

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Açıqlama
09.04.2018 / 11:33
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Xəbərlər
09.10.2018 / 12:38
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
14.09.2018 / 11:43
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib

Press-relizlər
22.11.2018 / 09:38
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu