Daşkəsəndə ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 12.10.2018 / 12:11

Oktyabrın 11-də Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

 

Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Daşkəsən RİH başçısının müavini Cavanşir Qocayev mövzunun aktuallığından danışıb. O, ölkəmizdəki uğurlu dövlət-din münasibətləri haqqında danışaraq bu uzaqgörən siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında vurğulayıb ki, respublikamızda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Səyyad Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Sədrin birinci müavini dini radikalizmin fəsadları barədə də ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və mübarizə yollarından geniş bəhs edib. Natiq qeyd edib ki, dini radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə, ictimaiyyətin bütün təbəqələrinin bu prosesə cəlb olunmasına xüsusi önəm verilməlidir.

Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb. Qeyd edib ki, Dövlət Komitəsi bu sahədə respublikanın bütün şəhər və rayonlarını əhatə edən geniş maarifləndirmə işi aparır.

Sonda çıxış edən Daşkəsən cümə məscidinin imamı Fariz Hüseynov dinə və dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Seminar-müşavirənin ilk günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Masallı rayonunda “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Xəbərlər
26.09.2019 / 16:21
Ətraflı oxu

Göyçayda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
27.11.2017 / 17:13
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər
02.04.2019 / 16:40
Ətraflı oxu

Qubada dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.01.2018 / 17:27
Ətraflı oxu