Xəzər rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 17.09.2018 / 10:20

Sentyabrın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zirə qəsəbəsində “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, RİH-in başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirib. İH-nin başçısı eyni zamanda, İslam dəyərlərinin öyrənilməsi və düzgün təbliğ olunması istiqamətdə rayonda həyata keçirilən işlərin nəticələrindən də bəhs edib. G. İslamovun sözlərinə görə, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdərkində mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İslam yarandığı ilk əsrdən başlayaraq bu günə qədər xalqımızın böyük əksəriyyətinin ibadət etdiyi din olmaqla yanaşı, həm də respublikamızda yüz illərlə formalaşan milli-mənəvi dəyərlərin əsasını təşkil edir. Komitə sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli Liderin siyasətinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. 
İslami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrıldığını diqqətə çatdıran Komitə sədri bildirib ki, cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir.
Aşura mərasimlərindən də danışan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu mərasimlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra millət vəkili Rauf Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək bildiriblər ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır. Vurğulayıblar ki, bu cür tədbirlər eyni zamanda, gənclərin mənəviyyatının zənginləşməsinə də təkan verir. 
QMİ-nin səlahiyyətləri nümayəndələri Soltan Əlizadə və Şünasi Məmmədyarov çıxışlarında dövlətin dinə və dindarlara qayğısından bəhs ediblər. Natiqlər buna görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
12.11.2018 / 14:38
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası

Press-relizlər
14.09.2017 / 16:28
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
31.08.2018 / 09:53
Ətraflı oxu

Binə qəsəbəsində "Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib

Press-relizlər
14.12.2017 / 12:46
Ətraflı oxu

Lənkəranda “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir baş tutub

Press-relizlər
30.10.2019 / 15:22
Ətraflı oxu

Göygöl rayonunda regional müşavirə keçirilib

Press-relizlər
28.04.2017 / 18:01
Ətraflı oxu