Mingəçevirdə “Dini radikalizm millətimizə və İslam dininə yaddır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 18.09.2018 / 16:56

Sentyabrın 18-də Mingəçevir şəhəri “İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Dini radikalizm millətimizə və İslam dininə yaddır” mövzusunda tədbir keçirilib.
Tədbirdə “İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri-layihənin rəhbəri Əliqismət Kərimov, Mingəçevir Bələdiyyəsinin Yerli sosial məsələlər daimi komissiyasının sədri, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Dini işlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı və DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, eləcə də din xadimləri, dini icma üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Əliqismət Kərimov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
Tədbirdə “Dini radikalizm millətimizə və İslam dininə yaddırı” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov dini radikalizmin yaranma səbəblərindən, radikal qrupların təbliğat metodlarından bəhs edərək, onlara qarşı mübarizə üsulları barədə məlumat verib.
“Gənclərin dini radikalizmə meyillənməsinin səbəbləri və səbəbləri aradan qaldırmaq yolları” mövzusunda çıxış edən Mingəçevir Bələdiyyəsinin daimi komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.
 


Son baxılan xəbərlər

Neftçalada “Şəhadət” sənədli filminin təqdimatı olub

Press-relizlər
01.03.2018 / 16:38
Ətraflı oxu

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Xəbərlər
04.07.2020 / 09:59
Ətraflı oxu

Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub

Xəbərlər
14.07.2020 / 10:26
Ətraflı oxu

Nizami rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
04.12.2017 / 17:38
Ətraflı oxu

Lənkəranda dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokfrans keçirilib

Press-relizlər
25.06.2020 / 14:09
Ətraflı oxu

“İslam mədəniyyəti: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
28.03.2019 / 16:00
Ətraflı oxu