“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər / 18.09.2018 / 16:38

Sentyabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Sumqayıtda “Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov, Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Rauf Sərdarov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının üzvləri, məktəb direktorlarının müavinləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov mövzunun əhəmiyyətindən danışaraq milli-mənəvi dəyərlərimizin, eləcə də bu dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin qorunmasının vacibliyindən bəhs edib. 
DQİDK sədrinin müavini Gündüz İsmayılov mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunub. G.İsmayılov dini dəyərlərimizin mənəvi dəyərlərimiz içərisində özünəməxsus yerinin olduğunu qeyd edib.
Sədr müavini bildirib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməlidir. G.İsmayılov vurğulayıb ki, Məhərrəmlik mərasimləri qanun çərçivəsində keçirilməli, zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərə yol verilməməlidir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti haqqında qısa məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Fond mənəvi dəyərlərin qorunması və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına dəstək göstərir. Bildirib ki, hər bir xalqın varlığını qoruyan əsas amillərdən biri də milli-mənəvi və dini dəyərlərdir və Azərbaycan xalqı da zəngin mənəvi, dini dəyərlərə sahibdir.
Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmalarının əhəmiyyətinə toxunub. İslam dininin təhsilə verdiyi önəmdən danışan F.Kazımov bildirib ki, məktəblilərin təhsildən yayınaraq Aşura mərasimlərində iştirakı məqbul deyil. 
Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Rauf Sərdarov qeyd edib ki, İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bildirib ki, əzadarlıq mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməlidir. O, həmçinin dövlətin dinə və dindarlara göstərdiyi qayğıdan danışıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər

Press-relizlər
21.05.2019 / 13:42
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

“Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda konfrans keçirilib

Press-relizlər
03.09.2018 / 14:51
Ətraflı oxu

Lerikdə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusu müzakirə olunub

Press-relizlər
02.11.2018 / 17:39
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Press-relizlər
07.02.2018 / 09:05
Ətraflı oxu