“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də dini radikalizm mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 19.09.2018 / 15:03

Sentyabrın 19-da “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində dini radikalizm mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, baş direktorun müavini Fərid Əhmədov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın əməkdaşları iştirak ediblər. 
Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, belə maarifləndirmə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda tarixən formalaşan tolerantlıq mühiti dünya üçün bir nümunədir. Ölkəmizdəki dini və etnik tolerantlıq, multikulturalizm və birgəyaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada gedən bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.
Respublikamızda ictimai-siyasi, dini sabitliyin mövcud olduğunu qeyd edən DQİDK-nın sədr müavini deyib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Lakin bu məsələdə hər kəs diqqətli olmalı və bu cür hallara imkan verməməlidir. 
Səyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən qüvvələr tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilməsinə, yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur. İslam dininin xurafat formasında təqdim olunması və siyasiləşdirilmiş formada genişləndirilməsi bu təxribatçı qüvvələrin məqsədidir. Belə seminar-müşavirələrin keçirilməsi bu proseslər barədə vətəndaşları, xüsusilə də gəncləri maarifləndirmək məqsədi daşıyır.
Sədr müavini, eyni zamanda, Məhərrəm ayı və qarşıdan gələn Aşura günü ilə bağlı tövsiyələrini verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir və həmin gün şagirdlər dərsdə olmalıdırlar. Uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət edilməli və onlar dərsdən yayındırılmamalıdırlar.

Daha sonra tədbir iştirakçılarına “Şəhadət” filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

Zərdabda “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 16:54
Ətraflı oxu

Gündüz İsmayılov: “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır”

Press-relizlər
21.02.2020 / 16:03
Ətraflı oxu

Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırdı

Xəbərlər
18.10.2019 / 14:38
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

15 İyun - Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb

Xəbərlər
14.06.2019 / 17:52
Ətraflı oxu