Şamaxıda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 24.09.2018 / 16:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə sentyabrın 24-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Bəxtiyar Abbasov, eləcə də orta məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. 
Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev çıxış edərək mövzunun əhəmiyyətinə toxunub. Qeyd edib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır. 
DQİDK sədrinin müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizm haqqında məlumat verərək onlara qarşı mübarizə üsullarından danışıb. Bildirib ki, dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclər olduğundan, bu kontingentlə sıx təmasda olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. 
Dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışan G.İsmayılov bildirib ki, dövlətin din siyasətinin prioritetlərini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği təşkil edir. 
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, dini radikalizmlə mübarizədə ilk növbədə onu yaradan səbəbləri müəyyənləşdirmək lazımdır.
Mövzu ilə bağlı Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova və başqaları öz fikirlərini bildirib, keçirilən tədbirlərin gənclərin dini radikalizmə qarşı maariflənməsində önəminə diqqət çəkiblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Zaqatalada “Qarabağdakı əsir abidələrimiz” mövzusunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
23.11.2017 / 16:25
Ətraflı oxu

Azərbaycanda dinlər və məzhəblərarası həmrəylik mühiti dünyaya nümunə kimi göstərilir

Press-relizlər
05.12.2018 / 16:32
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib

Xəbərlər
17.07.2020 / 12:51
Ətraflı oxu

Saray qəsəbəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.12.2017 / 16:15
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Azadlıq Radiosuna müsahibəsi

Xəbərlər
07.11.2014 / 17:43
Ətraflı oxu