Zaqatalada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 25.09.2018 / 15:49

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, rayon Gənclər və İdman idarəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının gənc üzvləri, eləcə də orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov mövzunun əhəmiyyətindən danışıb. O, həmçinin rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə toxunub. Ramin Həsənov müasir cəmiyyətdə radikallıq zəminində baş verən hadisələri qınayıb və buna qarşı mübarizədə maarifləndirmənin effektiv vasitə olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri və respublikamızda mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir. Azərbaycanda ölkə əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyini diqqətə çatdıran natiq bildirib ki, İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir.
Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini deyib ki, bəzi qruplar sülh və əmin-amanlıq dini olan İslamı siyasiləşdirərək, qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən G.İsmayılov respublikamızda bu istiqamətdə maarifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. G.İsmayılovun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması istiqamətində maarifləndirmə işləri həyata keçirilir.
Radikal dini qrupların Azərbaycanda ciddi dayaqlarının olmadığını qeyd edən G.İsmayılov radikallığın prinsiplərindən olan məzhəbçiliyin fəsadlarını qeyd edib, başqasının dini inancını sorğulamağın insana yaraşmayan xüsusiyyət və etik normalar xaricində olduöunu diqqətə çatdırıb. Sədr müavini deyib ki, dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meyilləri olan ölkələrdə, bölgələrdə yayılır: “Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb. Bunun özü də deməyə əsas verir ki, Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsi real deyil. Çünki Azərbaycanın iqtisadi imkanları, hüquq mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda, paralel olaraq aparılan ideoloji iş bu cür qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünsüz edir”,- deyə sədr müavini fikrini tamamlayıb.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizm və onun əsas təbliğat metodlarından danışaraq məsələyə qanunvericilik nöqteyi nəzərindən yanaşıb. Dini radikalizmin prinsiplərindən olan dini baxışların yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi və onların psixoloji təsir üsullarından olan informasiyadan və cəmiyyətdən təcrid etmə metodunu ətraflı izah edib. Tənqidi düşüncəyə qadağa qoyaraq fərdin məntiqi düşünmə və özünüdərk kimi xüsusiyyətlərdən məhrumetmə kimi radikalların istifadə etdiyi metodları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.


Son baxılan xəbərlər

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni ...

Xəbərlər
26.11.2018 / 15:45
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 14:03
Ətraflı oxu

Oğuzda “Cəmiyyəti dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:21
Ətraflı oxu

“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:29
Ətraflı oxu

Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub

Xəbərlər
23.01.2018 / 09:36
Ətraflı oxu