Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 27.09.2018 / 14:43

Sentyabrın 27-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ABŞ-ın Cənubi Karolina ştatının paytaxtı Kolumbiya şəhərində yerləşən “Gate Way” kilsəsinin baş pastoru Don Brukla görüşüb.

Qonaqlara Azərbaycandakı dini durum barədə məlumat verən Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Bütün dinlərin nümayəndələri bərabərhüquqlu şəkildə fəaliyyət göstərir və bu baxımdan Azərbaycandakı mövcud dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, Azərbaycanda tolerantlığın tarixi kökləri var. Multikultural və tolerant ənənələr ölkəmizə xaricdən idxal edilməyib, o, xalqımızın gen yaddaşının məhsuludur və bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilərək möhkəmlənməklə dünya miqyasında nümunəvi modellərdən biri səviyyəsinə yüksəlib.  Bildirib ki, müasir dövrdə dünyanın bir çox ölkəsində cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslər fonunda dini təhlükəsizlik məsələsi daha da aktuallaşıb. Bu səbəbdən artıq dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementinə çevrilib. S. Heydərov vurğulayıb ki, ölkəmizdə təkcə dinlərarası deyil, məzhəblərarası fərqliliklər də multikulturalizmin tərkib hissəsi kimi qəbul olunur.

Səmimi görüşə görə minnətdarlığını bildirən Don Bruk “Gate Way” kilsəsi haqqında məlumat verərək onun özündə 45 min kilsəni birləşdirən dini mərkəz olduğunu deyib. Azərbaycana ilk səfərinin onda çox gözəl təssüratlar yaratdığını, dövlət-din münasibətləri modelinin, tolerantlıq və multikulturalizm siyasətinin uğurlu nəticələrinin təqdirəlayiq olduğunu qeyd edib. Vurğulayıb ki, bu model qorunub inkişaf etdirilməklə yanaşı, nəinki region dövlətlərində, bütün dünyada nümunəvi model kimi tətbiq olunmalıdır.

Görüşün sonunda S. Heydərov qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərini, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarını özündə əks etdirən  “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabını verib.


Son baxılan xəbərlər

Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir olub

Press-relizlər
14.06.2018 / 10:10
Ətraflı oxu

“Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı

Kitablar
16.09.2015 / 13:10
Ətraflı oxu

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıdakı ...

Press-relizlər
06.03.2019 / 17:51
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb

Xəbərlər
16.10.2019 / 16:13
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu