Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər / 05.10.2018 / 16:01

Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib.

Gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

Tədbiri açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhruz Rüstəmov mövzunun əhəmiyyətindən danışıb. Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində apardığı tədbirlərin önəminə toxunan B.Rüstəmov gənc nəslin yad dini ideologiyaların təsirindən qorunmasında onların düzgün dini bilgilərlə məlumatlandırılmasının vacibliyini vurğulayıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin önəminə diqqət çəkib. Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən yüksək qayğıdan danışan Səyyad Salahlı bütün sahələrdə olduğu kimi, dəyərlərimizin qorunması və bərpa edilməsi istiqamətində əməli tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs edən DQİDK sədrinin birinci müavini son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa edilən məscidlər, ziyarətgahlar barədə söhbət açıb. O, dövlət başçısının Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun milli-mənəvi dəyərlərin qorunması və inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib. Milli-mənəvi dəyərlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasında xüsusi rolunun olduğunu bildirən birinci müavin müstəqilliyimizin bərpasından sonra həyata keçirilən uzaqgörən siyasətin bu ümdə dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına böyük zəmin yaratdığını qeyd edib. O, gəncləri mövcud dini sabitliyi və milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa çağırıb.

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cahandar Əlifzadə “Radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda çıxış edib. O, bəzi radikal qrupların geniş təbliğat işləri apararaq xüsusilə gəncləri öz sıralarına cəlb etməklə onlardan öz niyyətlərinin həyata keçirilməsində istifadə etdiklərini vurğulayıb. C.Əlifzadə radikalizmin qarşısının alınmasında vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda gənc nəslin tərbiyə olunmasının vacibliyinə diqqət çəkib.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Qazaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.08.2019 / 14:10
Ətraflı oxu

Yasamalda AXC-nin 100 illiyinə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
25.05.2018 / 17:53
Ətraflı oxu

Gəncədə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.02.2020 / 15:56
Ətraflı oxu

Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
25.12.2018 / 15:18
Ətraflı oxu

Multikulturalizm dövlət siyasətidir

Xəbərlər
21.07.2020 / 17:04
Ətraflı oxu

Qırmızı Qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Press-relizlər
21.02.2020 / 16:39
Ətraflı oxu