Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 26.07.2018 / 15:21

İyulun 26-da Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin kollektivilə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov və idarənin əməkdaşları iştirak ediblər. 

Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov tədbiri giriş sözü ilə açaraq müasir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması və radikal dini cərəyanlara qarşı mübarizə istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyətə malik olduğunu bildirib.        

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında Azərbaycanda mövcud dövlət-din münasibətlərindən, müvafiq qanunvericilik aktlarından, dindarlara göstərilən dövlət qayğısından, milli-mənəvi dəyərlərin, ənənəvi İslam dəyərlərinin qorunub saxlanılmasının vacibliyindən, Azərbaycandakı dini tolerantlıq və multikulturalizm mühitindən, dini radikalizmin yaranma səbəblərindən, dini radikal qrupların təbliğat metodlarından, törətdiyi fəsadlardan, dini fanatizmin, mövhumat və xurafatın zərərli olmasından bəhs edib.

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının, eləcə də gənclərin elmə və təhsilə yiyələnmələrinin vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən nəşr edilmiş dini maarifləndirici ədəbiyyatlar paylanılıb.

 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır

Açıqlama
17.03.2015 / 10:11
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün ...

Müsahibələr
25.12.2017 / 17:58
Ətraflı oxu

Saatlıda “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2018 / 14:30
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş onlayn konfrans keçirilib

Press-relizlər
23.12.2020 / 11:32
Ətraflı oxu