Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə görüş keçirilib

Xəbərlər / 05.10.2018 / 15:01

Oktyabrın 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nümayəndələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə görüş keçirilib.

Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan zavodun direktoru Aqşin Paşayev mövzunun əhəmiyyətindən danışıb. Natiq bu cür tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatıdırıb. A. Paşayev ölkəmizdə dini tolerantlığın qorunmasının zərurətindən bəhs edib, eləcə də maarifləndirmə sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
Daha sonra DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış edərək ölkəmizdə multikulturalizm və dini tolerantlığının sütunlarının möhkəm olduğunu vurğulayaraq, milli-mənəvi dəyərlərə qarşı çıxa biləcək müxtəlif ekstremizm növlərinin mahiyyəti, təzahür formaları və onlara qarşı qabaqlayıcı tədbirlərin hüquqi əsaslarından danışıb. O bildirib ki, mənəviyyətimizə zidd olan radikalizmi doğuran başlıca səbəblərdən biri din haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilir. 
Dövlət Komitəsinin dini maarifləndirmə prosesində sənədli filimlərin hazırlanmasına önəm verdiyini bildirən R.Əsgərov çıxışında “Şəhadət” sənədli filmi barədə də danışıb. Vurğulayıb ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, milli-mənəvi dəyərlərimizə zidd olan radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Natiq, eyni zamanda aprel döyüşlərinə toxunaraq Azərbaycan əsgərinin fonunda Azərbaycan gəncinin mərdliyindən və qəhrəmanlığından söz açıb. Ruslan Əsgərov çıxışının sonunda ölkəmizin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Tədbir iştirakçıların suallarının cavablandırlması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Zərdabda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 10:44
Ətraflı oxu

Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

Press-relizlər
08.05.2019 / 09:56
Ətraflı oxu

Səyyad Salahlı: "Gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir"

Xəbərlər
07.12.2018 / 15:11
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

“Din və insan hüquqları” mövzusunda konfrans keçirilib

Press-relizlər
31.10.2019 / 17:06
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib

Press-relizlər
03.07.2018 / 15:08
Ətraflı oxu