Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edir

Press-relizlər / 26.07.2018 / 15:12

Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli müvafiq Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Təhsil müəssisəsi bu hədəf və məqsədlər istiqamətində öz korporativ loqosunun müəyyən edilməsi məqsədilə müsabiqə elan edir. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirakçılar müsabiqədə fərdi və ya müştərək qaydada təmsil oluna bilərlər. Loqo müasir və beynəlxalq imicə sahib olmalı, institutun dünyəvi bir elm və tədqiqat mərkəzi olduğu burada öz əksini tapmalıdır. Loqoda, həmçinin multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən elementlər də yer ala bilər. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr təqdim olunmalıdır. Loqo dizaynları müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək.

Loqonun eskizi A4 formatda kağızda və ya CD disk şəklində Bakı şəhəri, Əhməd Cəmil 41 A ünvanına (Azərbaycan İlahiyyat İnstitutunun inzibati binası), eləcə də PDF formatında ilahiyyatinstitutu@gmail.com elektron ünvanına və ya institutun rəsmi “Facebook” səhifəsinə təqdim edilməlidir. Mükafat fondu 300 AZN nəzərdə tutulur. Loqo nümunələri avqustun 5-i saat 24.00-dək təqdim olunmalıdır.

Müsabiqənin qalibi avqustun 10-da elan olunacaq.

Son baxılan xəbərlər

Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”

Press-relizlər
19.11.2019 / 15:31
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.09.2018 / 11:47
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

“Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.06.2019 / 16:30
Ətraflı oxu