Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Şirkətlərə Ümrə və digər ziyarətgahlara səfərlərin təşkili ilə bağlı lisenziya üçün rəyi Komitə verəcək"

Açıqlama / 19.05.2015 / 18:58

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xarici ölkələrə dini ziyarətlərin təşkili üçün lisenziyasının verilməsi qaydalarının dəyişdirilməsinə görə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsi arasında hansısa gərginliyi yarana biləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Mübariz Qurbanlı APA-ya bildirib ki, QMİ-nin təşkil etdiyi Həcc ziyarəti ilə bağlı Komitənin rəyinə ehtiyac olmayacaq. O qeyd edib ki, ümumiyyətlə, bu məsələnin QMİ-nin təşkil etdiyi Həcc və Ümrə ziyarətlərinə aidiyyəti yoxdur: “Həcc ziyarəti turistik ziyarət deyil və Həcc ziyarətinin təşkili də yalnız QMİ-yə məxsusdur. Amma hansısa turistik şirkətlər Ümrə və digər ziyarətgahlara səfərlər təşkil edirsə, lisenziya alan zaman rəy üçün bizə müraciət etməli olacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq, xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib. Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq

Son baxılan xəbərlər

Balakəndə “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
21.08.2017 / 09:59
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu

Bərdədə yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.09.2019 / 14:03
Ətraflı oxu

Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
15.11.2019 / 17:07
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu